SON XƏBƏR

15 iyun tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan bir tarixdir

İyun 14
00:35 2019
15 iyun tarixi Azərbaycan xalqının yaddaşına qızıl həriflərlə yazılan bir tarixdir. Həmin gün 1997-ci ildən bayram kimi qeyd olunur. 1997-ci ildən qeyd olunan bu bayrama 1998-ci ildən dövlət statusu verildi. 

Azərbaycan xalqı olduqca böyük çətinliklə 1991-ci ildə müstəqillik qazansa da, müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. Bir tərəfdən xarici qüvvələr, digər tərəfdən isə, daxildə baş verən çəkişmələr müstəqilliyə zərbə idi. Dövləti idarə edən sərişdəsiz və savadsız rəhbərlər öz qannlarını hər şeydən üstün tuturdular.Digər tərəfdən isə Ermənilərin böyük Ermənistan dövləti yaratmaq iddiası Azərbaycan dövlətini dağılmaq təhlükəsinə aparırdı.

Dövlətin bu çətin vəziyətində xalqımız dövlət və dövlətçiliyə sadiq olan,isdər Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də Moskovada işlədiyi dövrdə həmişə Azərbaycan xalqının taleyini düşünənHeydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbləri ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri işləyən Heydər Əliyev xalqın səsinə səs verərək Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali sovetinin sədri seçildi. Həmin gündən də xalqımızın başından qara buludlar çəkilməyə başladı. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 

1993-cü ilin iyun ayına kimi ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrə, qardaş qırğını salmaq istəyən qüvvələrə, ayrı-ayrı bölgələrdə separatçı və parçalanma meylləri kimi problemlərə son qoyuldu.

Ölkənin qərbində 1993-cü il iyun ayında Gəncədə polkovnik Sürət Hüseynovun nəzarəti altında hərbi hissənin hakimiyyətə itaətsizliyi ilə ölkəni xaosa sürükləməsi, digər tərəfdən isə, yəni cənubundan 1993-cü ildə qondarma Talış-Muğan Respublikası yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov kimiləri susturaraq Azərbaycan dövlətinin müstəqilliyini əbədiləşdirməyi Heydər Əliyev reallaşdırdı. 
Məhs ona görə də 15 iyun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.

Xalqımız hər il böyük tən-tənə ilə bu bayramı qeyd edir.

Biz – gənclərin də hər zaman bir məqsəd və amalımız olmalıdır ki, Azərbaycanın müstəqilliyi əbədidir, Azərbaycanın bayrağı həmişə yüksəklərdə dalğalanmalıdır və dünya bayraqları ilə bir sırada parıldamalıdır.
 
YAP Xətai rayon GB-nin sədr müavini Sadiq Mirzəzadə



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook