SON XƏBƏR

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Noyabr 17
18:14 2019
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook