Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşüb - FOTO
Yanvar 24
18:09
2020
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonu, Azər Əliyev küçəsi ərazisində sakinlərlə görüşüb.
Qlobal.az xəbər verir ki, İcra başçısı sakinləri narahat edən məsələlərlə maraqlanıb, onların müraciətlərini dinləyib. Eyni zamanda istilik xəttinin təmiri, su xəttindəki nasazalığın aradan qaldırılması, səkinin genişləndirilməsi ilə bağlı qaldırılan məsələlər müzakirə edilib.
Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qlobal.az