SON XƏBƏR

30 saylı dairədə 5 məntəqənin nəticələri ləğv olundu – Sevinc Fətəliyevanı nə gözləyir?

Fevral 20
16:30 2020
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb.

MSK üzvü İlham Məmmədov bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videgörüntülər var: "Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb. 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib”.

İ.Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb: "Görüntülərdə mənfi hallarla yanaşı, məntəqə seçki komissiyalarının müsbət fəaliyyətini də müşahidə etmişik”.

MSK şikayəti müzakirə edib və qismən təmin edilməsinə qərar verib. Qərarda 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib.

Daha sonra Mərkəzi Seçki Komissiyasının iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi qərar qəbul olunandan sonra yenidən deputatlığa namizədin təqdim etdiyi videogörüntülərə baxılıb.

Videogörüntülərə baxıldıqdan sonra 1 saylı seçki məntəqəsində də səsvermənin nəticələrinin etibarsız sayılması səs qoyulub, bu məntəqədə də səsvermənin nəticələrinin ləğv edilməsinə qərar verilib/APA.

Bu dairənin lider namizədi deputat Sevinc Fətəliyevadır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook