SON XƏBƏR

96 yaşlı İkinci Dünya Müharibəsi veteranı universitetdən məzun oldu

Avqust 03
15:06 2020
İkinci Dünya Müharibəsi veteranı olan 96 yaşlı Cüzzeppe Paterno oxuduğu Palermo Universitetindən məzun olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın ən yaşlı tələbəsi ünvanının sahibi olan Paterno Tarix və Fəlsəfə fakültəsini bitirib. Oxumağı çox sevdiyini deyən 96 yaşlı məzun gəncliyində universitet təhsili ala bilmədiyini deyib. Siciliyada kasıb ailədə böyyən Paterno sadəcə ibtidai məktəbi bitirə bilib.

"İndi, ya da heç vaxt" düşüncəsi ilə 31 yaşında liseyi bitirən müharibə veteranı 2017-ci ildə universitetə başlayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook