SON XƏBƏR

ABŞ-da baş verən atışmada azı 6 nəfər öldürülüb, yaralananlar var

Dekabr 11
03:36 2019
ABŞ-da atışma olub.

"Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Cersi-siti şəhərində baş verib. Belə ki, qəbristanlıqda iki naməlum şəxs polis əməkdaşlarına atəş açıb. Nəticədə 1 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar. Onlardan biri mağazada barrikada quraraq atəşi davam etdirib.

Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib.

***

ABŞ-ın Nyu-Cersi ştatı, Cersi-Siti şəhərində baş vermiş silahlı insident zamanı 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə "NBC” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
 
Məlumata görə, ölənlər arasında bir nəfər polis əməkdaşı da var. Digər üç nəfər isə cinayətkarların barrikada qurduqları mağazada öldürülən sakinlərdir. Bildirilir ki, polislər cinayətkarlardan azı ikisini zərərsizləşdirib.

Bundan bir qədər əvvəl "The New York Times” qəzeti bildirmişdi ki, iki nəfər naməlum silahlı Cersi-Siti qəbiristanlığında atışma törədiblər, daha sonra onlar hadisə yerinin yaxınlığında olan mağazaya girərək barrikada qurublar. Silahlılardan biri bundan sonra da atəş açmaqda davam edib.

Hadisə yerinə partlayıcı qurğular üzrə xüsusi komanda, təhlükəsizlik qüvvələri və kamera quraşdırılmış robot cəlb olunub. Ərazidə helikopter də dövrə vurur.

İnsident barədə ölkə prezidenti Donald Trampa da məlumat verilib.

***

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində baş vermiş atışmada 6 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə NBC teleşirkəti məlumat yayıb.
 
Hüquq-mühafizə orqanlarındakı mənbənin teleşirkətə verdiyi xəbərə görə, ölənlərdən biri polis əməkdaşıdır. Öldürülən digərləri isə silahlı şəxsin barrikada qurduğu mağazada açdığı atəş nəticəsində həlak olublar. Məlumata görə, polis əməkdaşları silahlılardan azı ikisini zərərsizləşdirib.

CNN də öz növbəsində bildirib ki, hadisəni törədən şəxslərdən biri zərərsizləşdirilib. Lakin onun öldürüldüyü və ya yaralandığı dəqiqləşdirilmir. Qeyd edilir ki, atışma zamanı daha bir neçə nəfər yaralanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook