ABŞ-dan Arif Hacılıya istefa çağırışı...
Sentyabr 17
11:01
2019
Müsavat Partiyasının ABŞ-da yaşayan üzvü Ramiz Yunus bu siyasi təşkilatın hazırkı başqanı Arif Hacılıya açıq məktub.
R.Yunus bildirib ki, o, bu illər ərzində biz Müsavat Partiyasının əvəzedilməz lideri, 20 il ərzində bu partiyanı ölkənin ictimai-siyasi həyatında lideri etmiş İsa Qəmbərin yanında olub "Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq, İsa Qəmbər sonuncu qurultayda öz namizədliyini irəli sürmədi və bununla da partiya özünə yeni başqan seçməli oldu. O, əsl lider olaraq, yeni başqan kimi sizin yanınızda dayandı və əminəm ki, müsavatçıların seçdiyi istənilən yeni başqanın yanında duracaq. Mən, Müsavat Partiyasının tarixi Vətəninə dönməsində həlledici rol oynamış İsa Qəmbərin tarixi missiyasını bunda görürəm. Lakin, gəlin səmimi və vicdanlı olaq, İsa Qəmbərin başqanlıqdan getməsindən sonra, partiyanın cəmiyyətdəki nüfuzu və mövqeyi xeyli aşağı düşüb”.
R.Yunus Arif Hacılını Azərbaycan və Müsavat Partiyası naminə bu dəfə başqanlığa namizədliyini verməməyə çağırıb:
Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul edib. Artıq iki namizəd bəllidir.
Bunlar I Qarabağ savaşının iştirakçısı Tofiq Yaqublu və partiyanın Lənkəran təşkilatına rəhbərlik etmiş Yadigar Sadıqlıdır.
Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılının da tezliklə namizədliyini elan edəcəyi gözlənilir.