SON XƏBƏR

ABŞ səmasında gecələr ortaya çıxan naməlum dronlar rəsmiləri hərəkətə keçirdi

Yanvar 28
19:24 2020
Bu gün xeyli dərəcədə populyar olan dronlar istifadəçilər üçün nə qədər əyləncə cihazı olaraq görülsə də, bir çox bölgələrdə bu cihazların istifadəsinə icazə verilmir.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Kolorado, Nebraska və Vayominq ştatlarında gecə vaxtı toplu şəkildə uçan bəzi dron sürüləri səlahiyyətliləri hərəkətə keçirib. Dronların hardan gəldiyi və hansı məqsədlə uçurulduğunu öyrənmək üçün bölgədə xüsusi araşdırma qrupu yaradılıb.

Koloradodakı təhlükəsizlik əməkdaşları dron hadisəsi ilə bağlı ilk hesabatı ötən ilin 20 dekabrında verib. Lakin o gecədən bəri yüzlərlə dron uçuşu müəyyən edilib. Bəzi müşahidəçilər dronların hərbi məqsədlər üçün istifadə edildiyini düşünsələr də, ABŞ Hava Qüvvələri bu iddiaları təkzib edib. Kiçik dronların fotosunu gecə vaxtı çəkmək olduqca çətindir və hətta bəziləri radarlarda belə görünmür. Bu səbəbdən ABŞ-da sürü halında uçurulan dronların sirri hələ də açılmayıb. Təhlükəsizlik qüvvələri bunlardan ən az birini düşürtmək və araşdırma üçün iş aparırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook