SON XƏBƏR

Agentlik qayda pozuntusu edən müəssisələrin siyahısını yaydı

İyul 10
15:34 2020
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 115 ərzaq satışı mağazası olmaqla ümumilikdə 164 müəssisədə reyd keçirib.

AQTA-dan verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 93-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

"Baku store”, "Araz supermarket” (Qara Qarayev prospekti), "Cənub”, "Real”, "Yaxın”, "Qardaşlar”, "Xızı”, "Araz supermarket” (Sabunçu rayonu) marketlər, Məhəmmədov Məhəmməd İbadət oğluna, Əhmədov Pərvin Rahib oğluna, Hüseynov Elmuraz Zahid oğluna, Məmmədov İlqar Nofəl oğluna məxsus ərzaq mağazaları və Əliyev Habil Fərhad oğluna məxsus şirniyyat mağazası.

Digər şəhər və rayonlar üzrə:

Abşeron rayonu, Mehdiabad qəsəbəsində "Mikromart” market

Sumqayıt şəhərində "Nəriman” market, Əliyeva İradə Allahyar qızına və Umudova Mehriban Mustafa qızına məxsus ərzaq mağazaları

Quba rayonunda Almasov Müslüm Əmizadə oğluna məxsus market

Xaçmaz rayonunda Şərifov Kamal Mahmudağa oğluna, Əhmədov Murad Hakim oğluna, Kərimov Eyvaz Kərim oğluna, Ağayev Nizami Əmirağa oğluna, Nəsrullayev Baləhməd Hacıbəy oğluna məxsus ət satışı mağazaları
 
İsmayıllı rayonunda "Araz supermarket”, "Dost” marketlər, Abdullayev Elsevər Antik oğluna, Hüseynov Elşən Eldar oğluna, Hüseynov Anar Mirzağa oğluna və Həmzəyev Tural Rais oğluna məxsus ət satışı mağazaları
 
Şamaxı rayonunda Salahov Radim Teymur oğluna məxsus ərzaq mağazası, "Zəm-zəm” restoranı, "Ata yurd” kafesi, "Şamo” bazarı

Şirvan şəhərində Tərlanov İsmayıl Xasay oğluna və Dadaşov Zülfiyyə Hümbət qızına məxsus ərzaq mağazaları

Sabirabad rayonunda Məsimli Allahverdi Məsim oğluna məxsus ərzaq mağazası

Lənkəran rayonu, Şürük kəndində "Favorit” market

Cəlilabad rayonunda Məmmədov Pərviz Abdulrahman oğluna məxsus market
 
Bərdə rayonunda Novruzov Vüqar Rafiq oğluna, Məmmədov Rafiz Saqif oğluna, Əzimov Samir Cahangir oğluna, Əliyev Akşin Abil oğluna, Salahov Niyaməddin Raqub oğluna, Rəhimov Süleyman Ələddin oğluna, Səlimov Xəyyam Arif oğluna, Quluzadə Cavid Ələkbər oğluna, Kamalov Rəşad Rizvan oğluna, Nərimanov Azad İsmayıl oğluna, Əliyev Ramil Əhliman oğluna və Əsədova Lalə Əmir oğluna məxsus ərzaq mağazaları

Tərtər rayonunda Zeynalov Hüseyn Pərviz oğluna, Şirinov Elvin Vaqif oğluna və Məmmədov Asəf İlyas oğluna məxsus ərzaq mağazaları

Balakən rayonunda Məmmədov Qəhrəman Camaldin oğluna məxsus kafe

Zaqatala rayonunda Ağayev Şəhriyar Şaban oğluna məxsus kafe, Bağmanov Mahir Məhəmməd oğluna məxsus ərzaq mağazası

Qax rayonunda Əliyeva Ruqiyə Hacıbala qızına məxsus kafe

Gəncə şəhərində "Elmir”, "Mahir”, "Sərfəli”, "Ay-ulduz”, "Nubar”, "Aysberq” marketlər, Məmmədov Ramil İsgəndər oğluna, Binnətov Rafiq Şaməddin oğluna, Cabbarov Qəhrəman Mirəli oğluna məxsus ərzaq mağazaları

Ağstafa rayonunda Abutalıbov İlham Vidadi oğluna məxsus ət satışı mağazası, Dərvişov Qabil İmamqulu oğluna məxsus kafe və Əmirov Oktay Musa oğluna məxsus "Gülül” kafe

Qazax rayonunda "Xan sarayı” kafe

Tovuz rayonunda "Günel” market

Gədəbəy rayonunda "Kür” və "Təbriz” kafeləri

Şəmkir rayonunda "Uğur” kafe

Ucar rayonunda "Sərin”, "Göbələk”, "Nuş olsun”, "Tonqal”, "Qumlaq” və "City klub” kafelər, Şirinov Eldar Tapdıq oğluna, Məmmədov Mahir Məmmədəli oğluna, Musayev Mirbaba Mirismayıl oğluna, Cənnətov Akif Piralı oğluna məxsus kafelər, "Oba”, "Eleqant”, "24 saat”, "Aran”, "Real”, "Soltan”, "Elvin” və "Şirvan” marketlər.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook