SON XƏBƏR

Aldadılmış Siyavuş Novruzovun həzin sonu - VİDEO

Avqust 25
01:06 2020
Son günlər baş verən hadisələr ölkə gündəmini bir-birinə qatdı. Maraqlısı odur ki, millətin sözünü deyən şəxslərin, indi xalqa deməyə nə sözü var, nə də üzü.

Ölkə ərazisində karantin rejimi tətbiq olunur və vətəndaşlar da bu qanunlara əməl edirlər. Amma bəzi vəzifəsindən və ya özündənrazı məmurlar nədənsə dövlətin qərarlarına saymazyana yanaşırlar. Görəsən nədir onları bu qədər rahatlaşdıran?

Çox keçmədi ki, həmin toyda iştirak edən və cərimələnən Siyavuş Novruzov düşdüyü vəziyyətdən üzüağ çıxmaq istəyərkən özünü daha da çətin duruma saldı. Belə ki, o öz sosial şəbəkə hesabında yazdığı statusda Ramiz Mehdiyev tərəfindən aldadıldığını bildirdi.

Sitat: "Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik”.

Buradan ortaya belə bir sual çıxır. Görəsən həqiqətənmi, bu sözləri Ramiz Mehdiyev deyib? Bu da məsələnin görünməyən tərəfi...

Tənqidlərə və təzyiqlərə tab gətirməyən Siyavuş Novruzov bu gün YAP sədri, Prezident İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Kaş ki, biz jurnalistlər müsahibə almaq üçün sizə müraciət edəndə də belə operativ çalışardınız...

Bu toy hələ çox danışılacaq. Bir çoxlarına da dərs olacaq.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook