SON XƏBƏR

Almaniyada 554 mənzil satmış Azərbaycan vətəndaşı kimdir?

Avqust 26
22:43 2019
İki il əvvəl alman mətbuatı Almaniyanın Frankfurt şəhərində, Stendhal səmtində türk işadamı Muharrem Erdoğduya aid RAKS AG türk şirkətinin 2012-ci ildə 554 mənzildən ibarət bir binanı satın aldığını, bir müddət sonra 150 min avro elektrik borcu üzündən əmlaka əl qoyularaq hərraca çıxarıldığı barədə məlumat yayıb.

Məsələnin maraqlı tərəfi bu deyil.

Yazılanlardan məlum olub ki, şirkət binanı NASİR MUSTAFAZADƏ adlı Azərbaycan vətəndaşından satın alıb. Yəni 554 mənzilin əvvəlki sahibi bu şəxs olub. Mənzillərin ümumi sahəsi 31 min 670 kvadrat metrdir. Bina 1989-90-cı illərdə tikilib. O da məlum olub ki, əmlakçılar tərəfindən 22 milyon 800 min avro dəyərində qiymətləndirilən mənzillər satılarkən 75 min avro elektrik borcu olub.

Satışla bağlı notarial sənədlərdən aydın olduğu kimi Nasir Mustafazadə binanın satılması ilə bağlı Mainzda fəaliyyət göstərən türk vəkil Nihad Çelikə satışla bağlı etibarnamə verib. 

Binanın texniki pasportuna görə, cənab Mustafazadə binanı 2010-cu il iyununda alıb. Əmlakın 75 faizi onun, 25 faizi isə 72 yaşlı şəriki Sadik Tekin Evrenin adına rəsmiləşdirib. Bundan bir il sonra Evren dünyasını dəyişir və Mustafazadə 554 mənzilin tək sahibi olur.

Kimdir Nasir Nadir oğlu Mustafazadə?

O, 2000-ci ildən "Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Əvvəllər "Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb.
Azəri Servis LTD-nin əsas sifarişçiləri "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.

Əsasən tender yolu ilə aldığı dövlət sifarişləri:

- 8 qəsəbədə qəsəbədaxili yol, su təchizatı və elektrik təchizatı şəbəkələrinin tikintisi;
- 8 qəsəbədə daxili drenaj və suvarma şəbəkələrinin tikintisi;
- 4 yeni yaşayış məhəlləsində məhəllədaxili istilik təchizatı şəbəkəsinin qazanxana ilə birlikdə tikintisi;
- 16 məcburi köçkün qəsəbəsində yol-küçə şəbəkəsinin tikintisi;
- 8 qəsəbədə abadlıq işləri;
- 2 qəsəbədə yolların təmiri və bərbası işləri;
- 1 ədəd avtomobil körpüsünün,
- 5 ədəd 5 mərtəbəli 80 mənzilli,
- 1 ədəd 4 mərtəbəli 16 mənzilli,
- 1 ədəd 88 mənzilli 5 mərtəbəli,
- 1 ədəd 43 mənzilli 5 mərtəbəli yaşayış binalarının, 
- 934 fərdi yaşayış evinin,
- 4100 şagird yerlik 8 ədəd məktəb binalarının tikintisi;
- 1 ədəd məktəb binasının təmiri və bərpası;
- 5 ədəd feldşer-mama məntəqəsinin, 
- 2 ədəd ambulatoriya binasının, 
- 2 ədəd 50 yerlik, 
- 1 ədəd 115 yerlik uşaq baxçasının, 
- 3 ədəd inzibati binanın, 
- 4 ədəd klub-icma mərkəzinin, 
- 2 ədəd rabitə evinin, 
- 5 ədəd poçt şöbəsinin, 
- 1 ədəd yanğınsöndürmə deposunun tikintisi.
- 7 yeni qəsəbənin ərazisində mühəndis hazırlığı, sel sularından mühafizəsi işləri;
- 2 yeni yaşayış məhəlləsində şaquli plandışdırılma işləri;
- respublikanın 5 rayonunun ərazisində açıq suyığıcı və qapalı suyığıcı qurğuların, 
- 4 rayonda nasos stansiyasının tikintisi, 
- 7 ədəd subartezian quyusunun qazılması, 
- 3 ədəd torpaq bənd, 1 rayonda beton bənd və açıq və qapalı drenlərin tikintisi, 
- 4 rayonda Suvarma və Dranaj Şəbəkələrinin Bərpası işləri, 
- 1 rayonda Gənclər Mərkəzinin tikintisi, 
- Bakı şəhərində su xəttinin çəkilişi və s.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli
 
Yazı müəllifin feybuk profilindən götürülüb.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook