SON XƏBƏR

Çavuşoğlu ABŞ-la razılaşmanın detallarını açqdı: ABŞ sanksiyanı nə vaxt ləğv edəcək?

Oktyabr 18
12:28 2019
"Bugünkü danışıqlarda Prezidentimizin ağıllı liderliyi nəticəsində istədiyimizi əldə etdik”. 

Bu sözləri Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ nüməyndə heyətiylə Beştəpədə keçirilən görüşdən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, ABŞ tərəfinin Türkiyənin qanuni təhlükəsizlik maraqlarının qorunması baxımından etibarlı bölgənin əhəmiyyətini və funksionallığını və həmin ərazinin Türkiyə qoşunlarının nəzarətində qalacağını qəbul etdiyini bildirib: "YPG-nin ağır silahlarının toplanması, mövqe və istehkamlarının məhv edilməsi barədə razılığa gəldik. NATO müttəfiqləri olaraq aramızdakı həmrəyliyi qeyd etdik. PKK/YPG-nin etibarlı bölgəni 120 saat içində tərk etməsi üçün "Barış pınarı” əməliyyatına ara verəcəyik. Bu atəşkəs deyil. Atəşkəs yalnız iki qanuni tərəf arasında qəbul edilə bilər”.

Çavuşoğlu ABŞ-ın tətbiq eytdiyi sanksiyalar məsələsinə də toxunub: "Biz yalnız əməliyyatın hədəfi olan terrorçuların təhlükəsiz zonanı tərk etmələrini təmin etmək üçün əməliyyata ara verikik və və yalnız bu terror elementləri təhlükəsiz zonanı tamamən tərk etdikdən sonra əməliyyatı dayandıra bilərik. Biz əməliyyatı dayandıracağımız vaxt ABŞ tərəfi də sanksiyaları dayandıracaq. Az əvvəl dediyim şərtlər yerinə yetirildikdən, yəni YPG elementləri 120 saat ərzində çıxdıqdan sonra göründükdən sonra əməliyyatı dayandıra bilərik. Bu mərhələdən sonra hazırkı sanksiyalar ləğv ediləcəkdir. Ara vermək qoşunlarımızın oradan çıxması demək deyil. Biz orada var olmaya davam edəcəyik”.

Xarici İşlər naziri təhlükəsizlik dəhlizinin sərhədləri haqda da sualı cavablandırıb: "ABŞ qoşunları bu bölgədən çəkiləcək, geri çəkilmək qərarı verdilər. Münbiç də daxil olmaqla bəzi bölgələrdə rejim qüvvələri yerləşir. Fəratın şərqində, şimalda Qamışlı da daxil Əsəd qüvvələrinin olduğunu bilirik. Dünəndən etibarən Aynel Arab, Kobani bölgəsinə rejim və Rusiyanın hərbçiləri girdi. Münbiç və bir sıra digər bölgələrlə bağlı ruslarla danışıqlar aparacağıq. 

Cənab Putin atılacaq addımları ətraflı müzakirə etmək üçün Prezidentimizi Soçiyə dəvət etdi. Bu məsələləri Rusiya ilə ayın 22-də müzakirə edəcəyik. Məqsədimiz heç bir terrorçunun 32 kilometr dərinlikdə qalmaması və Fərat çayının şərqindən İraqla sərhədə qədər 444 kilometr uzunluqda heç bir terrorçunun qalmaması və bu bölgənin etibarlı bir bölgə halına gəlməsini təmin etməkdir. 444 kilometr uzunluqda, 32 kilometr dərinlikdə bir təhlükəsiz bölgə”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook