SON XƏBƏR

“Azərbaycan casusu”nun atasından Paşinyana MÜRACİƏT

Sentyabr 21
13:25 2018
Ermənistan sərhədini səhvən keçdiyi üçün həbs edilən və ermənilər tərəfindən "Azərbaycan casusu” ittihamı ilə günahlandırılan Türkiyə vətəndaşı 16 yaşlı Umut Ali Özmenin atası Mustafa Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.

Publika.az "Armenpress” saytına istinadən xəbər verir ki, o, bu haqda İctimai televiziyanın "Lurer” informasiya proqramına müsahibəsində bildirib.

Mustafa Paşinyandan oğlunun qaytarılması üçün xahiş edib.

"O, sərhədi keçmək istəmirdi. Burada ayırıcı zolaq yoxdur. Mənim oğlum Ermənistanın sərhədini keçdiyini anlamadı. O, sadəcə maraq üçün təpəyə qalxdı və yuxarıdan aşağıya baxmaq istədi. Mən Ermənistan hökumətinə və ölkənin rəhbərinə oğlunu ailəsinə mümkün qədər tez qaytarması üçün mərhəmətli olmağa çağırıram. Onun anası oğlunun qaytarılmasına kömək etmək üçün yalvarır. O, bu narahatlığına görə pis vəziyyətdədir. Onun qayıdışı ailəsinin arzusudur”, - Mustafa deyib.
 


Qeyd edək ki, Umut Ali Özmen iki ay öncə səhvən Ermənistan sərhədini keçib. Erməni əsgərləri onu "Azərbaycan casusu” adı altında həbs ediblər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng edib. Paşinyan Ərdoğanın tələbinə müsbət cavab verib. Iakin Paşinyan sonradan Ərdoğanla telefon əlaqəsi saxladıqlarını təkzib edib.

Ötən gün isə Qars Valiliyi açıqlama verib ki, Umut Ali Özmen gələn həftənin birinci günü azad ediləcək.

"Umutun atası Mustafa Özmen sentyabrın 24-də Ermənistana gedəcək və oğlu ilə birlikdə Türkiyəyə qayıdacaq”, - deyə açıqlamada bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook