SON XƏBƏR

Azərbaycan internetin sürətinə görə 6 pillə gerilədi

Oktyabr 14
11:40 2019
Azərbaycan, hər il sürəti artan qlobal internet sürəti ilə ayaqlaşa bilmir.

Böyük Britaniyanın "Cable” şirkəti ölkələrin ortalama internet sürətini araşdırıb.

"Marja” şirkətin hesabatına istinadən xəbər verir ki, Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir.

Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur.

Hesabata görə, Azərbaycan siyahəda 6 pillə geriləyib. Ölkəmiz 2018-ci ildə 135-ci yerdə idi.

Bu il bütün ölkələrin ortalama internet sürəti 11 Mbps təşkil edib. Azərbaycanda internetin sürəti (3.1 Mbps) dünya üzrə orta internet sürətindən də aşağıdır.
Dünyada orta hesabla ən sürətli internetin olduğu ölkə 85 Mbps sürətlə Tayvandır. Tayvandakı orta internet sürətilə 5 GB-lıq bir filmi endirmək üçün 8 dəqiqə tələb olunur.

"Cable” şirkətinin hesabatı: "Worldwide broadband speed league 2019″



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook