Azərbaycan-Türkiyə-İran görüşünün keçirilməsi müzakirə olunur
Sentyabr 07
13:55
2020
"İran-Türkiyə-Azərbaycan üçtərəfli görüşünün keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır”.
"Report” "Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib.
"İranla Azərbaycan arasında əlaqələr heç bir sərhəd tanımır. Daha yüksək səviyyəli bir diplomatın Azərbaycana səfir göndərilməsi bu istiqamətdə atılan addımdır”, - o bildirib.