SON XƏBƏR

Azərbaycan Türkiyəyə yatırım edən ölkələr arasında liderdir

İyul 23
14:27 2019
Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə yatırılan investisiyanın miqdarı artıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə İqtisadi Siyasət Araşdırma Fondu (TEPAV) hesabat yayımlayıb.
 
Məlumata görə, ilin ilk 5 ayında Türkiyəyə yatırılan investisiyanın böyük hissəsi Azərbaycandan edilib. 409 milyon dollarlıq investisiyanın 86%-i Avropa ölkələrinin payına düşür.
 
Ölkələr arasında liderliyi isə Azərbaycan və İngiltərə edir. İngiltərə vətəndaşlarının yatırımlarında stabillik müşahidə edilir, azərbaycanlılar isə mart ayında qonşu ölkəyə daha çox investisiya yatırıb. Türkiyəyə qoyulan məbləğin 25%-i inşaat sektorunun payına düşür. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook