SON XƏBƏR

Azərbaycanda Baş nazir təyinatının rəsmi prosedur qaydası

Oktyabr 08
11:27 2019
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu gün istefa verəcək. Modern.az xəbər verir ki, N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.

İclasın gündəliyinə daxil edilən 1-ci məsələ "Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəddir.

Maraqlıdır, rəsmi prosedura görə, Baş nazir təyinatı necə həyata keçirilir?

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Konstitusiyasında Baş nazir təyinatı ilə bağlı məsələ 118-ci maddədə belə qeyd olunub:

Maddə 118. Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası:

I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook