SON XƏBƏR

Azərbaycanda bu qurumda 100 nəfər işdən çıxarıldı

Dekabr 29
16:22 2019
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

Oxu.az-ın məlumatına görə, bunu agentliyin sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, AQTA-da fəaliyyətə başladığı gündən bu vaxta qədər 100-ə yaxın əməkdaş işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub:

"Neqativ hallarla bağlı agentlik Baş prokurorluğa müraciət edib və üç əməkdaşımızın qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər”.

"Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaq”, - deyə sədr qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook