SON XƏBƏR

Azərbaycanda bu xəstəxanalarda yenilik

Yanvar 28
19:59 2020
Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar quraşdırılıb. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Qaynarinfo-ya daxil olan məlumata görə, ilin sonuna kimi avadanlıqların digər xəstəxanalarda da quraşdırılması nəzərdə tutulub. 

Qeyd edək ki, yanvar 1-dən etibarən icbari tibbi sığortanın 23 regionda tətbiqinə başlanılıb. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax daxildir. Eyni zamanda  Naxçıvan Muxtar Respublikasında da yanvarın 1-dən icbari tibbi sığorta tətbiq olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook