SON XƏBƏR

Azərbaycandan Avropaya yeni reyslər açılır

Oktyabr 06
12:52 2018
Azərbaycandan bir sıra istiqamətlərə mütəmadi reyslər açılacaq.

Bunu yerli KİV-ə açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Asiya istiqamətində reyslərin açılması üzrə danışıqlar yekunlaşmaqdadır: "Hindistan istiqamətində reyslərin açılması planlaşdırılır. Almaniya, İsveç, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir. Məqsəd turistlərin Azərbaycana birbaşa uçuşlarla gəlməsini təmin etməkdir”.

Kənan Quluzadə qeyd edib ki, hazırda 10-dan çox bazarda marketinq işləri aparılır: "İlin sonundan başlayaraq bu istiqamətdə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq. İlk nümayəndəliyin Rusiyada açılacağı gözlənilir. Nəticədə, orada Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq.

Bu, Azərbaycandan həmin ölkələrə turistin birbaşa getməsi üçündür. Eyni zamanda, Azərbaycanı təbliğ etmək və ölkəmizə turistlərin gəlməsinə şərait yaradacaq”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook