SON XƏBƏR

"Azərsu" ASC mehdibadlıların suyunu Novxanıdakı məmurların hovuzuna verir? - ŞİKAYƏT

May 29
14:19 2020
""Azərsu" ASC Mehdiabad əhalisinin içməli suyunu kəsib Novxanıda yaşayan məmurların villalarındakı hovuzlara verir".
 
Bu barədə Qlobal.az-a Mehdiabad sakinləri məlumat verib. 
 
Sakinlərin sözlərinə görə bundan öncə Mehdiabada həftədə iki dəfə - ikinci və beşinci günlər 4-5 saatlıq su verilib. Ancaq son 10 gündə istilər başlayandan sonra həftədə iki dəfə verilən suyun təzyiqi və verilmə saatı azaldılıb. Bundan başqa Mehdiabada daha həftədə 2 dəfə yox, 1 dəfə su verilir. 
 
Sakinlər bildirirlər ki, bu gün su 5 dəqiqə gəlib, kəsilib. 
 
Problemlə əlaqədar "Azərsu" ASC-nin 955, 012 431 47 67 nömrəli qaynar xəttinə edilən zənglər isə cavablandırılmır. 
 
Qlobal.az məsələ ilə bağlı "Azərsu" ASC-dən münasibət öyrənməyə çalışsa da, qurum bizim də telefon zənglərimizə cavab vermədi. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook