SON XƏBƏR

"Bakıda polisə müqavimət göstərən şəxsə cinayət işi açılıb" - Açıqlama

İyun 08
02:48 2020
"Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib".

Bu barədə Unikal.org-a Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev danışıb.

O bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

"E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir", - o deyib. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook