Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb
Noyabr 15
10:19
2019
Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.
"Report”un xəbərinə görə, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.
Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.
O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.