SON XƏBƏR

Bakıda yarıçılpaq şəxslər insanlara bıçaqla hücum etdi (VİDEO)

Dekabr 13
09:56 2019
Səbail rayonunda iki nəfər bıçaqlı şəxsin insanlara hücum etməsinin görüntüsü yayılıb.

Oxu.Az-ın xəbərinə görə, görüntülərdən aydın olur ki, Nizami küçəsində qeydə alınan hadisədə iki nəfər yarıçılpaq vəziyyətdə əvvəlcə insanları təhdid edir.
 
Onlar daha sonra əllərindəki bıçaqla ətrafdakılara hücum etməyə cəhd göstərirlər.
 
Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İki nəfər onları sakitləşdirməyə çalışan asayiş keşiçkilərinə də hücum etmək istəyir. Bu zaman xuliqanlar bıçaqla özlərinə xəsarət yetirirlər.
 
Polis əməkdaşları həmin şəxsləri saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook