SON XƏBƏR

Berdiməhəmmədovun ölüm xəbərini yayanlar həbs edildi

İyul 29
13:30 2019
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı yanlış məlumat yayan 3 nəfər həbs edilib.

Qaynarinfo xəbər verir ki, "Xronika Turkmenistan" bu barədə məlumat yayıb. Saxlanılan şəxslərin adları açıqlanmayıb. Türkmənistan polisi və təhlükəsizlik qurumları Türkmənistanda ölkə başçısının ölümü barədə yalan məlumat yayanlara qarşı mübarizə məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, 20 iyulda Q.Berdiməhəmmədovun ölümü barədə xəbər yayılmış, lakin məlumat daha sonra təkzib edilmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook