SON XƏBƏR

Birinci qrup Qarabağ əlili İcra Hakimiyyətindən Prezidentə şikayət etdi

Yanvar 28
23:26 2020
Ağdam rayon Sırxavənd kəndindən məcburi köçkün kimi İmişli rayonunun ərazisində heyvandarlıq fermasında müvəqqəti məskunlaşmış I qrup Qarabağ müharibəsi əlili Ağayev Elman Mahmud oğlu Prezident İlham Əliyevə şikayət ünvanlayıb. 
 
Bir surəti də Qlobal.az-ın redaksiyasına göndərilən məktubda Elman Ağayev İmişli rayon İcra Hakimiyyətinin rəhbər şəxslərinin ona hədə-qorxu gələrək torpaqlarını əlindən almaq istədiklərini yazır:
 
"Çox hörmətli Prezident!
 
Mən I qrup Qarabağ əliliyəm, məlum səbəblərə görə İmişli rayonu ərazisində heyvandarlıq ferması yerində məskunlaşmağımla yanaşı, dolanışığımız üçün müqavilə əsasında dövlət tərəfindən mənə 120 ha torpaq sahəsi verilmişdir. 
 
Ancaq həmin torpaq sahəmin 70 hektarını özünü iş adamı kimi təqdim edən Əvəz Şükürov və İmişli rayon İcra Hakimiyyətinin müavini Rahid Zahidov zəbt edib. Rahid Zahidov mənə deyir ki, torpağını erməniyə verib gəlib mənlə torpaq davası edirsən, torpağının müqaviləsi bitən kimi yarısını da alacam. 
 
Mənim bu torpaq uğrunda sağlamlığımı itirməyimin nəticəsidirmi ki, bu kimi adamlar mənə hədə-qorxu gələrək mənim buradan köçüb getməyimi tələb edirlər?
 
Odur ki, Sizdən xahiş edirəm mənim I qrup Qarabağ əlili olmağımı və 7 nəfər ailə üzvümün olmağını nəzərə alıb mənə köməklik edə və bu kimi məmurların etdiyi hərəkətə görə cəzalandırasnız. 
 
Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm. 
 
23 yanvar 2020-ci il. 
 
Əlaqə: 051 587 92 04"
 
Qeyd: Adl çəkilən qurum və ya şəxslər mövqe bildirə bilır.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook