SON XƏBƏR

"Bu ixtisasların keçid balı 150-ə yaxın ola bilər" - DİM

Sentyabr 10
16:55 2020
"Ola bilsin bu il qabiliyyət imtahanı ləğv edilən bədən tərbiyəsi və idman ixtisaslarında keçid balı 150-yə yaxın olsun. Çünki bu il çox sənəd verən olub. Birinci imtahananın nəticələrini müzakirə edəndə görürük ki, bu qrupa sənəd verən abituriyentlərin balları 150-dən yuxarıdır”.

"Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, çox vaxt idmanla tanışlığı olmayan və sağlamlığı elə də normal səviyyədə olmayanlar məhz həmin ixtisası seçir: "Düşünürlər ki, bu ixtisaslar üçün keçid balları aşağı olur. Əgər onlar sağlamlıq haqqında arayışı təqdim edə bilməsələr, boş qalan yerlər ikinci mərhələdə müsabiqəyə çıxarılacaq. Çünki ali məktəbə sənəd qəbulu zamanı yox, amma müsabiqədən keçəndə müəyyən sənədlər tələb olunacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook