SON XƏBƏR

Bu şəxslərə Kino Günü münasibətilə pul mükafatı verildi (SİYAHI)

Avqust 05
17:04 2020
2 Avqust Milli Kino Günü ilə bağlı bir sıra kino xadimlərinə pul mükafatları təqdim edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev açıqlamasında bildirib ki, bu il 60 yaşları tamam olan Əməkdar İncəsənət xadimi Ayaz Salayev və kinorejissor Şamil Əliyevə yubileyləri münasibətiylə Milli Kino Günündə pul mükafatları təqdim edilib.

Bununla yanaşı İttifaqın rəsmisi bildirib ki, Milli Kino Günü ilə bağlı kino veteranları olan Əməkdar incəsənət xadimi Leyla Səfərova, Əməkdar mədəniyyət işçisi Rəfiqə Budaqlı, Əməkdar mədəniyyət işçisi Şahin Qalabəyov, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov, kinorejissor Zamin Məmmədov və veteran Ədalət Yunusova da Pul mükafatları təqdim edilib.

Əli Vəliyev daha sonra qeyd edib ki, Respublikası Kinematoqrafçılar İttifaqın İdarə Heyətinin hər il təqdim etdiyi "Milli Kino” mükafatı isə pandemiya ilə bağlı olaraq Sentyabr ayında açıqlanacaq.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook