SON XƏBƏR

Daha bir icra hakimiyyəti ilə bağlı qalmaqal: külli miqdarda vəsaiti toplayıb, qaçdı (FOTO)

Yanvar 04
22:32 2020
"Sumqayıt Nəqliyyat” MMC-nin rəhbəri yoxa çıxıb.
 
Qlobal.az-ın report-a istinadən məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında "Sumqayıt Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur. 

Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan X.Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında "Sumqayıt Nəqliyyat" MMC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, X.Rüstəmov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook