SON XƏBƏR

Deputat: Alma bayramının keçirilməsi aqrar sahədə yüksək nailiyyətlərin göstəricisidir

Oktyabr 12
12:06 2019
Bu gün Qubada ənənəvi Alma bayramı təşkil olunub. Təkcə Qubada deyil, ətraf rayonlarda da bayram ab-havası var. Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində bu gün regionlarda kənd təsərrüfatı inkişaf dövrünü yaşayır. Xüsusilə Qubada, Qusarda, Xaçmazda yeni meyvə bağları salınır, tərəvəzçilik inkişaf etdirilir. Belə bayramların keçirilməsi aqrar sahədə yüksək nailiyyətlərin göstəricisidir.

Qlobal.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada keçirilən Alma bayramında iştirak edən Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat bildirib ki, hər bir bayram, festival keçirildiyi bölgənin turizm potensialının, iqtisadi inkişafının təbliğinə də xidmət edir. Bu gün keçirilən Alma bayramında da xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri və çoxlu sayda digər qonaqlar iştirak edirlər. Bu bayram bütün diqqəti Qubaya yönəldib. Bu region həm meyvəsi, həm də füsunkar təbiəti ilə seçilir. Gələn qonaqlar da təkcə Qubanın yox, bütün şimal regionunun inkişafını görürlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook