SON XƏBƏR

Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobustan rayonunda görüş keçirib - FOTO

Yanvar 22
02:44 2020
20 yanvar faciəsinin 30 illik il dönümü ilə əlaqədar 50 saylı Abşeron-Qobustan seçki dairəsində namizədliyini irəli sürən polkovnik Mehdi Mehdiyev seçki qərargahının üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə bu gün Qobustan rayonunda şəhidlər xiyabanını ziyarət edib.
 
Ziyarətdə Qarabağ müharibəsi əlilləri, veteranları və yerli sakinlər də iştirak edib.
 
Şəhidlərin abidəsi önündə əklil qoyulmuş, onların ruhu bir dəqiqəlik sükutla yad edilmiş, vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərin ruhlarına dualar oxunmuşdur. 
 
Mehdi Mehdiyev daha sonra Qobustan rayonunda məskunlaşan Xocalı rayonundan məcburi köçkün Məmmədov Mürvət Məmməd oğlunun ailəsini ziyarət edib.
 
Qeyd edək ki, Mürvət Məmmədov erməni faşistlərinin zülmlərini nəsillikcə yaşamış soydaşlarımızdandır. Mürvət Məmmədov 8 nəfər ailə üzvü ilk dəfə Qərbi Azərbaycanın Göyçə mahalından məcburi köçkün düşüb, bir qardaşını şəhid verərək Xocalı şəhərində məskunlaşıblar. Xocalı faciəsi zamanı atası və qardaşları könüllü olaraq vətənimizin müdafiəsinə qalxaraq silaha sarılıblar. Erməni təcavüzkarları Məmmədovların evlərini əhatəyə alaraq evə əl qumbarası atıblar. Həmin əl qumbarası atılan zaman Mürvət Məmmədov ayağından, anası kürəyindən, atası isə qolundan yaralanıb. Sonra ermənilər Mürvətin atasını və iki qardaşını-Möhlət və Söhbəti onlardan ayıraraq əsir aparıblar. Məmmədovlar ailəsi bir həftə erməni əsirliyində işgəncələrə məruz qalıblar. Mürvət Məmmədovun əsirlikdə olan atası və iki qardaşı erməni məzarı üzərində qətlə yetirilib. 

Qobustan rayonunda Mehdi Mehdiyevlə görüşə gələn insanlar problem və qayğılarını danışıblar.
 
Mehdi Mehdiyev seçiciləri 30 yanvar 2020-ci il tarixində Qobustan rayonunda yerləşən Mədəniyyət evində keçiriləcək görüşə çağıraraq görüləcək işlərlə bağlı geniş məlumat verəcəyini bildirib. 
 
Pia.az
 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook