SON XƏBƏR

Deputatlığa namizəd YAP-dan və deputatdan şikayətləndi

Yanvar 21
11:35 2020
Binəqədi rayonunda mənzil istismar idarələri ("jek”lər) – süpürgəçilərə və digər işcilərə tapşırıq verib ki, mənim şəkillərimi lövhədən başqa harda gördülərsə qoparsınlar. Yəni, dükan və ya şəxsi obyektlərdə şəkillərimi YAP rayon təşkilatı və keçmiş deputat görmək istəmir.

Qlobal.az aktual.az-a istinadən xəbər verir ki, bunu 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd, "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib.

"Mən həm də Sizin daha yaxşı yaşamanız, küçələri süpürəndə maşınların vurub öldürməməsi, əməyinizin istismar edilməməsi, şəkillərin yığışdırılması ümidinə qalanlar – həm də Sizin layiqli vətəndaş olmağınız üçün calışıram. Gəlin dəyişək!Fərqi onsuz da vətəndaş bilir!”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, həmin dairənin deputatı Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Kamaləddin Qafarovdur.

YAP ikinci dəfə onun namizədliyini dəstəkləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook