SON XƏBƏR

Dünyanın ən böyük kiber bandası ələ keçdi - Beynəlxalq şəbəkə

Sentyabr 12
16:21 2019
Milyonlarla dollar mənimsəyən beynəlxalq cinayətkar şəbəkə zərərsizləşdirilib.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi əməliyyat nəticəsində çox sayda insanı aldadıb 118 milyon dollar mənimsəyən şəbəkənin Nigeriyada 167, ABŞ-da 74, Türkiyədə 18, Qanada 15 üzvü olmaqla ümumilikdə 281 nəfər həbs edilib. Polis 3,7 milyon dollar ələ keçirib. "reWired" adlı gizli əməliyyat 4 ay davam edib.

Bildirilir ki, cinayətkarlar saxta email göndərməklə insanları aldadıb, bankların pul köçürmə sistemində nəzarəti təmin edərək böyük miqdarda pul mənimsəyib. 

Qeyd edək ki, hakerlər bu metodla son 3 ildə insanlara 26 milyard dollar zərər verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook