SON XƏBƏR

Dövlət Yanğından Mühafizə Xidməti FHN-dən alınır? - İDDİA

Avqust 30
02:50 2019
Dövlət Yanğından Mühafizə Xidməti Fövqaladə Hallar Nazirliyinin tabeliyindən çıxarıla bilər. 
 
Buna səbəb isə Dövlət Yanğından Mühafizə Xidmətinin son zamanlar ölkənin müxtəlif regionlarındakı meşələrdə baş verən yanğın hadisələrinin qarşısının alınması üçün operativlik nümayiş etdirə bilməməsidir. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə hazırda FHN-nin strukturuna daxil olan Dövlət Yanğından Mühafizə Xidmətinin agentliyə çevriləcəyi və quruma əlavə səlahiyyətlərin veriləcəyi gözlənilir. 
 
Qeyd edək ki, bundan öncə də mətbuatda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınlarının hadisə yerinə gecikdiyi, bəzi hallarda isə maşınların susuz gəldiyi barədə məlumatlar yayılıb. 
 
Xatırladaq ki, Dövlət Yanğından Mühafizə Xidməti Fövqaladə Hallar Nazirliyi yaranmamışdan əvvəl Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook