SON XƏBƏR

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu Vətənə qayıtdı

İyun 27
15:44 2019
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə məlumatı Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
 
Qlobal.az 
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook