SON XƏBƏR

EGE Hospitala yeni Baş direktor təyin olundu

Oktyabr 10
11:15 2019
EGE Hospitala yeni Baş direktor təyin edilib.
 
Məlumata görə yeni baş direktor vəzifəsinə təyin edilən Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsini bitirmişdir. 2011-2015-ci ildə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universiteti Endokrinologiya və Metabolizma xəstəlikləri kafedrasında təhsil almışdır. Doktor Samir Şükürov, Əziz Əliyev adina Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantı, Türkiyə Endokrinoloji və Metobolizma Dərnəyinin Fəxri üzvi, Amerika və Avropa Endokrinologiya cəmiyyətinin – həqiqi üzvüdür. Xarici və yerli jurnallarda çap olunmuş bir çox məqalələrin müəllifidir.

Qeyd edək ki, S.Şükürov həkim endokrinoloqdur. Samir Şükürov əvvəllər HB Güvən klinikasının endokrinologiya şöbəsinin müdiri və daha sonra Baş həkimi vəzifəsində çalışmışdır. 

Türkiyə və Azərbaycanın sayılıb-seçilən professor, dosent, uzman həkimlərinin fəaliyyət göstərdiyi Ege Hospital hər zaman güclü, sağlam işçi heyəti, pasient məmnuniyyəti, tibb texnologiyasındakı ən müasir avadanlıqları ilə tibbin bütün sahələrində fəaliyyət göstərib və çox müəssisələrdən seçilib. 

Samir Şükürov EGE Hospital komandasına daxil olması ilə bağlı hospitalın daha böyük nailiyyətlərə imza atacağını deyib. "Perspektiv planımız xəstəxanamızda tibb sektorunun ən son nailiyyətlərini tətbiq etmək, tək ölkə ərazisində deyil, həm də ölkə xaricindən insanların müalicə üçün bizə üz tutmasını təmin etmək və yüksək peşəkarlıqla xalqımıza xidmət göstərməkdir"- deyə, bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook