Əhmədzadənin korrupsiya "kurotarları" - Onlar kimlərdir?..
İyun 13
13:03
2019
Meliorasiya və Su Təsərrüfat ASC-nin Aparat rəhbəri Cahan Məmmədov qurumda korrupsiyanın idarə olunmasında əsas "kuratorlardan" biri olaraq tanınır...
Azərbaycanda korrupsiyaya bataqlığında çabalayan qurumlardan birinin Meliorasiya və Su Təsərrüfatı ASC olması hər kəsə bəllidir. İllərdi dövlət büdcəsindən bu quruma ayrılan milyardlarla manat vəsaitin böyük bir hissəsinin mənimsənilməi göz qabağındadır. Bu barədə faktlar da ortalıqdadır. Və uzun illərdir ki, bu faktlar ortalıqda durmaqdadır. Son olaraq qurumdakı korrupsiya və mənimsəmə hallarının miqyasını ASC rəhbərinin ölkə xaricində aşkarlanan böyük biznes şəbəkəsi ortaya qoymuş oldu.
O da heç kimə sirr deyil ki, bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlarda fəaliyyət göstərən idarə və müəsissə müdirləri milyonçuya çevriliblər. Əlbəttəki milyonçuya çevrilən bu idarə müdirləri dövlət büdcəsindən oğurladıqları pullar hesabına kiçik oliqarxllara çevriliblər. Dövlət büdcəsininin pullarını oğurlayan bütün idarə müdirlərinin Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi havadarları mövcuddur.
Mənbə bildirib ki, Cahan Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qərb regionu ilə bağlı "xaç atası" olmaqla yanaşı, həmçinin geniş əlaqələrə sahib biri kimi tanınır. Cahan Məmmədovun da öz şefi Əhməd Əhmədzadə kimi ölkədə və ölkə xaricində biznes şəbəkəsi olduğu da vurğulanır.
Qeyd edək ki, Tovuz Rayon icra başçısı (el arasında zəhər Mamed kimi tanınan) Məmməd Məmmədov Cahan Məmmədovun qadaşıdır.
Qarşı tərəfin mövqeryini dərc etməyə hazırıq.(milliyol.az)
Qlobal.az