SON XƏBƏR

Əl-Qaidə lideri öldürüldü

Fevral 07
10:18 2020
Ağ Ev Ərəbistan yarımadasındakı Əl-Qaidə qruplaşmasının lideri Qazım əl-Riminin Yəməndə terrorla mübarizə əleyhinə təşkil olunan əməliyyatda öldürüldüyü barədə məlumat yayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada Riminin 1990-cı illərdə təşkilata qatıldığı və Əfqanıstanda Üsamə bin Ladinlə birlikdə çalışdığı qeyd olunub. Onun Yəməndə mülki vətəndaşlara, həmçinin ABŞ silahlı qüvvələrinə qarşı bir çox hücumlar gerçəkləşdirdiyi bildirilib.

Sözügedən əməliyyatda Riminin öldürülməsinin Əlqaidənin dünyada və Ərəbistan yarımadasındakı fəaliyyətini zəiflədəcəyi, bu tip qruplaşmaların ABŞ-a qarşı milli təhlükəsizlik təhdidlərinin də aradan qaldırılmasına bir addım daha yaxınlaşdığı vurğulanıb.

Açıqlamada həmçinin qeyd olunub ki, terrorla mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək və terrorçular aradan qaldırılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook