SON XƏBƏR

Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb

Sentyabr 16
15:07 2019
"Sentyabrın 16-sı Azərbaycanda yeni dərs ilinin başlanğıcı, bilik günüdür. İlk dəfə məktəbə gedənlər başda olmaqla bütün şagirdləri və onların valideynlərini bu münasibətlə təbrik edirəm.

Təhsil, bilik müasir cəmiyyətin ən böyük sərvətidir. Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb. Bu gün məktəb partaları arxasında oturan yeniyetmələr, universitetlərdə oxuyan tələbələr gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə böyük töhfə verəcək, dövlətimizin keşiyində layiqincə duracaqlar.”
 
Bu sözləri Baş nazirin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədovun yeni dərs ilinin başlanması münasibəti ilə rəsmi facebook səhifəsində yazıb.

Baş nazirin müavini daha sonra qeyd edib: "Məktəbə qayğı tək dövlətin deyil, cəmiyyətin hər bir üzvünün işi olmalıdır. İnanıram ki, hər birimizin səyləri nəticəsində yaxşı oxumaq, müasir biliklərə yiyələnmək istəyi yetişməkdə olan nəslin əsas fərqləndirici xüsusiyyəti olacaq. Gəlin uşaq və gənclərimizdə kitaba məhəbbəti, biliklərə həvəsi birlikdə gücləndirək.”
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook