SON XƏBƏR

Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək

Dekabr 06
16:50 2019
Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı "Çinar Plaza” biznes mərkəzini tərk edir.

"Report”un əldə etdiyi məlumata görə, Nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək.

Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərlə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.

Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar Nazirlik "Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook