SON XƏBƏR

Ərdoğan Nazarbayevlə danışıqlar aparıb

İyul 07
08:52 2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsindən bildirilib.
 
Məlumata görə, söhbət əsnasında Türkiyə lideri həmsöhbətini ad günü münasibəti ilə təbrik etdi, ona cansağlığı və uzun ömür arzuladı.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər, regional əməkdaşlıq və COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook