SON XƏBƏR

Ermənilər Qarabağda kamikadze dronun sınağını keçirdilər – VİDEO

May 20
17:29 2020
Ermənistan Ordusu yerli "Davaro” şirkətinin istehsalı olan "Drakon” adlı "gəzən sursat”ın (kamikadze dron) sınaqlarına başlayıb.

"AzeriDefence”nin məlumatına görə, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimə bağlı sosial şəbəkələrdəki səhifələrdə video görüntülər nümayiş etdirilib.

Sınaqların Ermənistanın işğalı altında olan Ağdam rayonunun Uzundərə ərazisində salınmış poliqonda çəkildiyi bildirilir.

"Davaro” şirkəti tərəfindən hazırlanmış "Drakon” gəzən sursatın uçuş uzaqlığı 100 km, çəkisi 15 kq, maksimal sürəti 180 km/saat təşkil edir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook