SON XƏBƏR

Formula 1-in əyləncə proqramına möhtəşəm şou ilə yekun vuruldu

Aprel 29
09:41 2019
Aprelin 28-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra "Baku Crystal Hall”da maraqlı əyləncə proqramı təşkil edilib.

AzərTAc xəbər verir ki, möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış reperlərindən olan Kardi Bi Bakı səhnəsində yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.

"Qremmi” mükafatına layiq görülən ilk reper olan Kardi Bi əyləncəsevərlərə maraqlı gecə təqdim edib.
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi möhtəşəm şou ilə başa çatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook