SON XƏBƏR

“Formula-1”də mövsümün başlama tarixi müəyyənləşdi

Aprel 27
13:19 2020
"Formula-1” üzrə dünya çempionatının yeni mövsümünün təxmini başlama tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə qurumun rəsmi tvitter səhifəsi paylaşım edib.

Bildirilib ki, mövsümün 15-18 yarışdan ibarət olması və həftəsonları keçirilməsi planlaşdırılır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq keçirilməyən "Formula-1"in 3-5 iyul tarixində Avstriya Qran-Prisi ilə başlaması hədəflənib.

Qeyd edək ki, mövsümün əvvəlki 9 mərhələsindən ikisi ləğv edilib, yeddisi, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook