SON XƏBƏR

Gənc ana övladının müalicəsi üçün Birinci vitse-prezidentdən kömək istəyir

Yanvar 23
10:17 2020
Göygöl şəhəri, M.Ə.Rəsulzadə 61 ünvanında yaşayan İsmayılova Səbinə Ramiz qızı Azərbaycan Respublikasının Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məktub ünvanlayıb. 
 
Səbinə İsmayılova açıq ürək əməliyyatına ehtiyacı olan övladının müalicəsi üçün Birinci vitse-prezidentə ünvanladığı məktubda yazır:
 
Hörmətli Mehriban xanım!
 
Mın bir ana, bir azərbaycanlı qadın kimi ümid dolu ərizəylə Sizə müraciət edirəm və inanıram ki, Siz xeyirxah xanım olaraq mənim bu məktubuma biganə yanaşmayacaq, öz köməkliyinizi məndən əsirgəməyəcəksiniz. 
 
Məlumat üçün bildirim ki, 31.12.2019-cu il tarixində Göygöl şəhərində qızım dünyaya gəldi. 01.01.2020-ci il tarixdə Göygöl şəhər Mərkəzi Xəstəxanasından çıxaraq, evə gəldik. 02.01.2020-ci il tarixdə uşağın vəziyyəti kəskin olaraq pisləşdi. Təcili olaraq uşağı Göygöl Şəhər Mərkəzi Xəstəxanasına apardıq. Oradan bizi Yeni Gəncə Tibb Mərkəzinə yönləndirdilər. Uşağın müalicəsi üçün bizdən 700 manat pul aldılar. Lakin uşağın vəziyyəti daha da pisləşdi. Bizə bildirdilər ki, uşağın vəziyyəti kəskin ağır olduğundan, onu götürüb aparmalıyıq. 
 
Yenidən uşağı Göygöl Şəhər Mərkəzi Xəstəxanasına gətirdik. Bir həftə burada müalicə olunduqdan sonra uşağın vəziyyəti ağır olduğundan bizi Elmi-Tədqiqatlar İnstitutuna yönləndirdilər. 
 
Hazırda övladım Elmi-Tədqiqatlar İnstitutundadır. Mərkəzi Klinik Xəstəxanadakı həkimlər tərəfindən uşağın təcili olaraq açıq ürək-damar əməliyyatı olunmasınını vacibliyi bildirililir. Əks halda övladım hayatdan məhrum ola bilər. Əməliyyat üçün isə bizə yeddi min manat lazımdır. Lakin bizim bu əməliyyatı etdirməyə maddi imkanımız yoxdur. Əlimizdə olan-qalan pulun hamısını uşağın müalicəsinə xərcləmişik. Həyat yoldaşım 240 manat maaş alır, bizim bu əməliyyatı etdirməyə heç cür imkanımız yetmir. 
 
Hörmətli Mehriban xanım!
 
Maddi vəziyyətimizin ağırlığı səbəbindən övladımı əməliyyat etdirə bilmirəm, körpə balamın hər gün gözümün önündə əriyib məhv olmasını dözülməzdir. Sizin xalqımıza qarşı göstərdiyiniz qayğı və xeyriyyəçilik danılmazdır. Mən də çarəsiz bir ana kimi Sİzə üz tuturam. Sizdən çox xahiş edirəm övladımın müalicəsinə kömək edəsiniz. 
 

 

 








Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook