SON XƏBƏR

Görün Ceyranbatan su anbarına nə axıdılır - VİDEO

Dekabr 24
11:49 2019
Xırdalanda Həsən Əliyevlə Heydər Əliyev küçələrinin kəsişməsindəki dairəvi yolda partlayan kanalizasiyə suyu bir aydan çoxdur ki, Ceyranbatan su anbarına axıdılır...

Xırdalan şəhər sakinləri bir aydan çoxdur ki, həm yolu, həm də içməli suyu çirkləndirən nasaz kanalizasiya xəttinin təmir edilməməsindən şikayət ediblər. Sakinlər bildirib ki, uzun müddətdir bu problemlə bağlı heç bir tədbir görülmür. Yolun yarısını əhatə edən çirkab suları səbəbilə avtomobillərin hərəkəti də çətinləşib. Müşahidə zamanı məlum olub ki, kanalizasiya suyunun çıxdığı nöqtədən torpaq hissə qazılaraq çirkab suları minlərlə evin içməli su mənbəyi olan Ceyranbatan su anbarına doğru istiqamətləndirilib.

Mövzu ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, hadisə yerinə baxış keçiriləcək və lazımi tədbilər görüləcək: "Kanalizasiya suyunun axdığı yer Ceyranbatan su anbarının ərazisi olsa da, içməli suya qarışmır. Çirkab suyu ilə içməli su arasında quru torpaq hissəsi var".(yeniavaz.com)
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook