SON XƏBƏR

Gürcü həkim Azərbaycan səhiyyəsini təhqir etdi - Video

Dekabr 03
15:04 2017
Tiflisdə fəaliyyət göstərən  "New Hospitals" Klinikasının direktoru Nika Okriaşvili Azərbaycan səhiyyəsi ilə bağlı acı həqiqəti ifadə edən fikirlər səsləndirib. O, səhiyyə ilə bağlı tədbirlərin birində Azərbaycanda xeyli sayda xəstəxananın olmasına rəğmən ölkəmizdən Tiflisə xeyli sayda insanın müalicəyə gəldiyini vurğulayıb.

"Azərbaycanın Gəncə adlı bir şəhəri var. Böyük şəhərdi. O şəhərin bir avtovağzalı var. O avtovağzalda taksilər dayanır. O taksi sürücülərinin hamısı mənim əməkdaşlarımdı. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər. Taksi sürücüləri artıq o gədər xəstə gətiriblər ki, onlar artıq professional olublar, xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır , mənə mesajla göndərirlər. Onlar tibbi terminologiya ilə danışa bilirlər. Azərbaycanlıların pulu çoxdur, onlar böyük xəstəxanalar tikiblər. Amma hamısı mualicəyə Tbilisi şəhərinə gəlir", - deyə Nika Okriaşvili bildirib. Gürcü həkim bu fikirləri səsləndirərkən zalda oturanlar qəhqəhə ilə gülür.
 
Onun çıxışının videosunu da təqdim edirik. 

Bəri başdan qeyd edək ki, çıxış rus dilindədir.
 

(İstiqlal.az)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook