SON XƏBƏR

Gürcüstanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri istefa verib

Yanvar 28
00:07 2020
Gürcüstanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria istefa verib.

APA-nın yerli bürosu xəbər verir ki, L.İzoria bu barədə yerli telekanalların birinə açıqlamasında bildirib.

İzorianın sözlərinə görə, o, artıq istefasını Gürcüstanın Baş Nazirinə təqdim edib. L.İzorianın fəaliyyətinə Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, L.İzoriya bundan əvvəl Gürcüstanın Müdafiə naziri vəzifəsini icra edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook