SON XƏBƏR

Hüseynbala Mirələmov: Yenidən deputat olduğum üçün Prezidentə təşəkkür edirəm

Fevral 12
14:23 2020
"Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ olan parlament seçkiləri başa çatdı. İlk öncə yüksək etimad göstərərək məni partiya siyahısına təqdim etdiyinə görə Yeni Azərbaycan Partiyasının sədri, Respublikamızın Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm”.

"Yeni Sabah”ın verdiyi xəbərə görə, bunu 9 fevral seçkilərində qalib elan olunan Hüseynbala Mirələmov deyib.

Mirələmov prezidentlə yanaşı, DSK sədri və üzvlərinə də təşəkkür edib: "47.1 faiz səslə məni qalib etdiyinə görə 33 saylı Xətai birinci seçki dairəsinin hər bir üzvünə, onların ailələrinə, doğmalarına, əzizlərinə sağlam və xoşbəxt ömür arzulayıram. Yeni Azərbaycan Partiyasının "Daha güclü Azərbaycan naminə” şüarı ilə sizinlə birgə yola çıxdıq və uğur qazandıq. VI çağırış Milli Məclisin deputatı kimi yenidən mənə etimad göstərən hər bir seçicimə, qərargahımızın bütün üzvlərinə, könüllü gənclərə, mənə dəstək olan hər kəsə ürəkdən minnətdaram! Bundan sonrakı fəaliyyətimdə də bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm!”

"Təbliğat-təşviqat kampaniyası ərzində və ümumiyyətlə hər zaman ümumi işimizə dəstək olan, fəaliyyətimizi işıqlandıran bütün mətbuat nümayəndələrinə, jurnalist dostlara da təşəkkürümü bildirirəm!”, – o bildirib.

Qeyd edək ki, Hüseynbala Mirələmov33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook