SON XƏBƏR

İcra başçısı Nazirlər Kabinetinə şöbə müdiri gedir? - Açıqlama

Oktyabr 14
10:51 2019
Oktyabr ayının 8-də Baş nazir vəzifəsinə təyin edilən Əli Əsədovun Nazirlər Kabinetində yeni komandasını formalaşdıracağı gözlənilir. Artıq rəsmi kluarlarda yeni baş nazirin komandasında kimlərin olmayacağı barədə məlumatlar dolaşmaqdadır. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə Baş nazirin komandasında yer alacaq şəxslərdən biri də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.
 
 
Asif Əsgərovun yüksək vəzifəyə irəli çəkilməsinə səbəb isə onun şəhər təsərrüfatını, abadlıq-quruculuq işlərini yaxşı bilməsi və böyük təşkilatçılıq qabiliyyətinin 
olması göstərilir. 
 
Məlumatda icra başçısının gələcək vəzifəsinin adı da verilib. Belə ki, Asif Əsgərov böyük ehtimalla Nazirlər Kabinetinin kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin ediləcək. 
 
Qlobal.az məsələ ilə bağlı Nazirlər Kabinetindən münasibət öyrənib.
 
Nazirlər Kabinetindən bildirdilər ki, Asif Əsgərovun Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunacağı barədə hələ ki, onlarda hər hansı məlumat yoxdur. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook